Modern.az

Məşhur futbolçu karyerasını başa vurdu

Məşhur futbolçu karyerasını başa vurdu

İdman

10 Yanvar 2023, 08:40

Uels millisinin hücumçusu Qaret Beyl karyerasını başa vurub.

 

Modern.az xəbər verir ki, bu barədə məşhur futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

 

33 yaşlı uelslinin sonuncu klubu “Los-Anceles” olub.

 

Qeyd edək ki, Qaret Beyl karyerası ərzində İngiltərənin "Sauthempton" və "Tottenhem", həmçinin İspaniyanın "Real Madrid" komandalarında çıxış edib. O, “Real Madrid” klubunun heyətində 5 dəfə Çempionlar Liqasının, eyni zamanda 3 dəfə İspaniya çempionatının qalibi olub.

 

Qaret Beyl Uels yığmasının heyətində meydana çıxdığı 109 matçda 41 qola imza atıb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək