Modern.az

“Neftçi” Antalyada ilk matçına çıxır

“Neftçi” Antalyada ilk matçına çıxır

10 Yanvar 2023, 08:56

Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma vaxtı açıqlanıb.

 

Klubdan Modern.az-a bildiriblər ki, Macarıstanın “Vaşaş” komandası ilə yanvarın 10-da keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

“Gloria Golf Club”un stadionunda keçiriləcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, Belek bölgəsində məskunlaşan komandamız daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək