Modern.az

Prezidentlə müsahibədə bu jurnalistlər iştirak edib - ADLAR

Prezidentlə müsahibədə bu jurnalistlər iştirak edib - ADLAR

10 Yanvar 2023, 11:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib.
 

Ölkə başçısı jurnalistlərin müxtəlif suallarını cavablandırıb.

Maraqlıdır, dövlət başçısnın müsahibəsində hansı telekanalların əməkdaşları iştirak edib.

Modern.az-a məlum olub ki, Prezidentlə müsahibədə Azərbaycan Dövlət Televiziyasını (AzTV) Tofiq Abbasov, “Real” TV-ni İlqar Mikayıloğlu, İctimai Televiziyanı Nərmin Salmanova, CBC telekanalını Sənan Rzayev, "Xəzər" TV-ni Nigar Mahmudova təmsil edib.

Qeyd edək ki, müsahibəyə "Space", ATV, ARB, ARB24 telekanallarının əməkdaşları dəvət olunmayıb.



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir