Modern.az

Gültəkin Hacıbəyli keçmiş ərinin ittihamları haqda: "Mən bu məsələ barədə söz demək istəmirəm"

Gültəkin Hacıbəyli keçmiş ərinin ittihamları haqda: "Mən bu məsələ barədə söz demək istəmirəm"

17 May 2013, 12:41

Sabiq millət vəkili Gültəkin Hacıbəyli keçmiş həyat yoldaşının ona ünvanlanmış ittihamlarına cavab verməkdən imtina edib. Modern.az bununla bağlı “Ziyalılar Forum”unun üzvünə müraciət etsə də, Gültəkin Hacıbəyli məsələyə münasibət bildirmək istəmədiyini deyib. “Mən bu məsələ  barədə heç bir söz demək istəmirəm”-deyə eks-deputat saytımıza qısa açıqlamasında vurğulayıb.

Qeyd edək ki, bu gün sabiq millət vəkili Gültəkin Hacıyevanın keçmiş həyat yoldaşı Mahmud Mehdiyev mətbuat konfransı keçirərək Gültəkin Hacıbəyliyə qarşı bir sıra ittihamlarla çıxış edib. Keçmiş əri deyib ki, Gültəkin Hacıbəyli millət vəkili olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə qarşı etdiyi haqsızlıqlar edib və bu, şəxsi həyatla bağlı olduğu üçün susub, həmin məsələlərin ictimailəşməsini istəməyib. Həmçinin qeyd edib ki, Gültəkin Hacıbəyli ilə toylarına iki həftə qalmış 2003-cü ilin mayında Heydər Əliyevin göstərişə əsasən order əsasında BŞİH tərəfindən sabiq deputata şəhərin mərkəzində, Bakı Dövlət Sirkinin yaxınlığında Bakı şəhəri S. Vurğun küçəsi 92 a da yerləşən 12 saylı evdə 3 otaqlı mənzil verilib:

“Həmin mənzilin təmirinə və mebələ mənim tərəfimdən valideynlərimin köməyilə 50.000 dollar xərc çəkildi. O zaman Gültəkin bildirdi ki, evi təmir edəndən sonra yüksək qiymətə icarəyə verib xərcimizi çıxarırıq. Toydan sonra biz müvəqqəti olaraq anam Məmmədova Nəhayət Vəli qızının mülkiyyətində olan Bakı şəhəri, Azadlıq prospekti 114-də yerləşən 81 saylı 2 otaqlı mənzildə yaşamışıq. Lakin təmir qurtaran ərəfədə yəni 2004-cü ilin avqust ayında faktiki boşandıqdan sonra o nəinki mənim evə çəkdiyim xərci ödədi, hətta bildirdi ki, başımıza oyun açacaq”.    

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama