Modern.az

Azərbaycanda 4 gün yağış yağacaq

Azərbaycanda 4 gün yağış yağacaq

Təhsil

17 May 2013, 13:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağan yağışın günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında mayın 18-də əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

 

Aqrometeoroloji şərh

Respublika ərazisində mayın 21-dək qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Temperatur rejiminin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da kənd təsərrüfatı bitkilərinin inkişafını və boy atmasını təmin edəcək. Gözlənilən yağıntılar torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına müsbət təsir edəcək.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama