Modern.az

Ərəb klubundan Messiyə 300 milyonluq TƏKLİF

Ərəb klubundan Messiyə 300 milyonluq TƏKLİF

10 Yanvar 2023, 13:40

Argentinalı ulduz futbolçu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə danışıqlar apardığı məlum olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal”ın rəhbərliyi Messiyə ildə 300 milyon avro maaş təklif edib.

 

Futbolçunun agenti və klub transfer xəbərlərinə hələlik münasibət bildirməyib.

 

Qeyd edək ki, “Əl-Hilal” klubu Kriştianu Ronaldonun bir müddət əvvəl transfer olduğu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun əsas rəqibidir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək