Modern.az

“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə etdi

“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə etdi

11 Yanvar 2023, 14:08

Qış təlim-məşq toplanışı üçün Türkiyəyə ən gec yollanan Azərbaycan komandası “Şamaxı” ilk yoxlama görüşündə Qazaxıstan təmsilçisi “Kaysar”la heç-heçə edib.

 

Modern.az xəbər verir ki, bölgə təmsilçisi rəqibi ilə Antalyadakı “Miracle” hotelinin meydançasında qarşılaşıb.

 

Küləkli hava şəraitində baş tutan oyunda qapılara qol vurulmayıb – 0:0.

 

Qeyd edək ki, “Şamaxı” Antalyadakı ikinci yoxlama görüşünü də bu gün keçirəcək. Vüqar Əsgərlinin komandası Bakı vaxtı ilə saat 18:30-da start götürəcək matçda Rumıniya klubu “Botoşani”yə rəqib olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək