Modern.az

İlham Əliyevin müsahibəsi Türkiyə mediasında

İlham Əliyevin müsahibəsi Türkiyə mediasında

11 Yanvar 2023, 17:00

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 

Modern.az xəbər verir ki, qardaş ölkə mediası dövlətimizin başçısının müsahibəsindəki mühüm məqamları, o cümlədən Azərbaycanın inkişaf istiqamətləri, regional proseslər, perspektivdə olan yeni layihələr, dünyadakı ikili standartlar, Ermənistanla münasibətlər və sair mövzulara dair fikir və mülahizələrini fərqli başlıqlarla dünya ictimaiyyətinin diqqətinə təqdim edib.

 

Anadolu və İHA xəbər agentliklər, “TRT Haber”, “TRT Avaz” və digər telekanallar, “Yeni Akit”, “Milliyet” və sair qəzetlər məlumat verir ki, Prezident İlham Əliyev böyük inamla Azərbaycanın milli müdafiə sənayesini müasir dövrün standartlarına yüksəltməkdə qərarlıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir