Modern.az

Əkrəm İmamoğlu yenə məhkəməlik oldu

Əkrəm İmamoğlu yenə məhkəməlik oldu

Dünya

11 Yanvar 2023, 23:55

Türkiyənin İstanbul şəhərinin meri Əkrəm İmamoğlu ilə bağlı daha bir məhkəmə iddiası qaldırılıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, o, əvvəllər sədri olduğu Bəylikdüzü bələdiyyəsində elan olunan tenderdə saxtakarlıq etməkdə ittiham olunur.

 

İddia ilə əlaqədar Türkiyə Daxili İşlər Nazirliyinin müffətişləri müvafiq işlərə başlayıb. İşlə əlaqədar məhkəmənin iyunun 15-də başlayacağı qeyd olunur.

 

Xatırladaq ki, ötən ilin dekabr ayında Türkiyə məhkəməsi İmamoğlu barəsində 2 il 7 ay 15 günlük həbs qərarı çıxarıb. İmamoğlu Ali Seçki Komissiyasının üzvlərini təhqir etməkə ittiham edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər