Modern.az

Sabirabadda ağır QƏZA - Xəsarət alanlar var

Sabirabadda ağır QƏZA - Xəsarət alanlar var

Hadisə

12 Yanvar 2023, 11:24

Sabirabadda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb.

 

Məlumata görə, bu  gün səhər saatlarında “Mercedes” markalı minik maşını və “Toyota” markalı avtomobil toqquşub. Hadisə nəticəsində Bakı şəhər sakinləri Abbasova Nailə Rəhim qızı və Abbasova Könül Arzu qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı