Modern.az

Əhməd İsmayılov ötən il görülən işlərdən danışdı

Əhməd İsmayılov ötən il görülən işlərdən danışdı

Media

12 Yanvar 2023, 12:12

Ötən il “Media haqqında” yeni qanun təsdiqlənib. Bundan başqa MEDİA Agentliyi tərəfindən hazırlanmış 8 normativ hüquqi akt layihəsi imzalanıb. 

 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında bildirib. 

 

“Eyni zamanda ötən il qəzet, xəbər saytları və jurnalistlərin məlumatlarının sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başlayıb. Həmçinin jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb”,- deyə icraçı direktor vurğulayıb.

 

Bundan əlavə, ötən il ərzində beynəlxalq əməkdaşlığın qurulması çərçivəsində ümumilikdə 14 görüş keçirilib.


"Xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib və agentlik media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar