Modern.az

Media 3 il vergidən azad ediləcək - Qanun layihəsi hazırlandı

Media 3 il vergidən azad ediləcək - Qanun layihəsi hazırlandı

Media

12 Yanvar 2023, 12:16

Hazırda media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsi üzərində işlər aparılır. 

 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında bildirib. 

 

"Bununla bağlı qanun layihəsi hazırlanıb. Qanun layihəsi tərəfimizdən tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır", - deyə agentlik rəhbəri vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı