Modern.az

Medianın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb

Medianın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb

Media

12 Yanvar 2023, 12:24

“Çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib”.

 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

 

Qurum rəhbəri bildirib ki, region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanmaqdadır: 

 

"Media sahəsində milli məzmun, sosial reklam elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri hazırlanıb. Bu sahədə beynəlxalq təcrübədən istifadə olunub. Hazırda təhlil və təkliflər üçün təqdim edilib” - deyə Əhməd İsmayılov vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar