Modern.az

Jurnalistlərin reyestrdən keçməsi məcburi deyil 

Jurnalistlərin reyestrdən keçməsi məcburi deyil 

12 Yanvar 2023, 12:52

Media subyektlərinin Media Reyestrində qeydiyyatdan keçməsi məcburidir.

 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında bildirib. 

 

Onun sözlərinə görə, jurnalistlərin qeydiyyatdan keçməsi könüllüdür.

 

“Jurnalistlərlə bağlı belə bir tələbimiz yoxdur. Jurnalistlərin Media Reyestrindən keçməsi könüllüdür. Jurnalistlərin hansı beynəlxalq tədbirlərə buraxılmaması ilə bağlı məqama gəldikdə isə bildirək ki, bu, MEDİA-nın səlahiyyətində deyil. Bu, həmin tədbirləri təşkil edən qurumların öz tələbləridir”,- deyə Agentlik rəhbəri bildirib.

Bu xəbər ilə bağlı
Media Reyestrindən keçən KİV və jurnalistlərin sayı AÇIQLANDI
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?