İstinad hüququ pozulursa, MEDİA-ya müraciət edin!

İstinad hüququ pozulursa, MEDİA-ya müraciət edin!

Media

12 Yanvar 2023, 13:19

İstinad hüququ müəlliflik hüququ ilə eynidir.

 

Modern.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında bildirib. 

 

Onun sözlərinə görə, istinad məsələsi "Media haqqında" qanunla tənzimlənir və Agentliyə müraciət olunarsa, qanunun müvafiq maddəsi işə düşəcək.

 

"Biz istinadlarla bağlı məsələni proqram təminatı formasında həll etmişik. Hansısa saytın materialının digər media subyektində getdiyini görürük. Bu baxımdan istinad hüququ pozulursa, Agentliyə rəsmi müraciət edilməlidir", - Əhməd İsmayılov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynada son vəziyyə - Azərbaycanlı polkovnik danışır