Ermənistan Azərbaycanla danışıqların növbəti mərhələsini keçirmək fürsətini əldən verib.
Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Təəssüf ki, Ermənistan tərəfi 2022-ci il dekabrın 23-də Moskvada Azərbaycanla danışıqların növbəti raundunu keçirmək üçün fürsəti əldən verdi. Təklifimiz hələ də qüvvədədir. Biz Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq”, - deyə Zaxarova bildirib.