Modern.az

Atatürkün cızdığı xilafət modeli - Vəsiyyət

Atatürkün cızdığı xilafət modeli - Vəsiyyət

18 May 2013, 11:11

Modern.az “Məşhurların vəsiyyəti” adlı yeni rubrikanı təqdim edir. İlk olaraq Mustafa Kamal Atatürk və türkçülük ideologiyasının öncüllərindən olan Hüseyn Nihal Atsızın vəsiyyətləri ilə tanış olun.


Atatürkün vəsiyyəti

Atatürk 1938-ci ildə yazdığı vəsiyyətinin 50 ildən sonra açıqlanmasını istəmişdi. Vaxt gəlib vədə yetişdi. 1988-ci il. Dünya siyasəti kəskin  dəyişikliklərin astanasındadır. O vaxtkı dövlət başçısı  Kənan Evren və baş nazir sirli vəsiyyəti oxudular. Lakin yenə də  onun açıqlanmasına icazə verilmədi. Səbəb olaraq isə bunu göstərdilər: “xalq hələ bu vəsiyyətin açıqlanmasına hazır deyil“. Beləliklə, vəsiyyətin açıqlanmasına daha 25 il qadağa qoyuldu. Amma həqiqətən də Atatürük vəsiyyətinin açıqlanmaması bu gün də sirr olarq qalır. Jurnalist Aytunc Aytındala görə, Atatürkün xilafətlə bağlı maraqlı fikirləri var. Bir iddiaya görə, Atatürk xilafəti bir şəxsin qismində deyil, bütün İslam ölkələrinin növbə ilə dəyişərək bir-birini əvəz etməsi ilə inkişaf etdirilə biləcəyini söyləyib. Bir başqa iddiaya görə, vəsiyyətin mətnini 1958-ci ildə oxuyan Adnan Menderes özünün ölümü ilə nəticələnən cümləni – “Siz istəsəniz xilafəti geri gətirə bilərsiniz” ifadəsini bu məqsədlə söyləyib.

İslami Vatikan… Atatürk bu gün İslam konfransı təşkilatının (İKT) ana xətlərini 1920-ci illərdə cızıb. Mustafa Kamalın beş güclü İslam ölkəsinin daimi şura yaratmasını, bunların müəyyən edilmiş vaxtlarda əsas idarə etməni həyata keçirmək üçün növbəli şəkildə seçilmələri xüsusunda fikirləri olub. Qərbin Vatikanı var və bu, həm siyasi, həm də  sosial bir gücdür. İslam dünyasının isə bu gücü əksikdir. Bu, İslam ölkələrinin gücünü artıran bir şey olacaq. Yaxşı, Atatürk həqiqətən də bunu söylədimi və ya vəsiyyətində belə bir bölüm varmı?...

Atatürkün 1963-cü ildə Ankara Universitetinin Basımevinde basılan “Nutuk” adlı kitabının 490-cı sehifəsinde bu ifadələri yer alır. Fərziyyələrə görə bu nitq vəsiyyətinin həmin bölümü ilə eynidir :

Ortaq münasibətləri qorumaq və bu münasibətlərin tələb etdiyi şərtlər daxilində birlikdə iş görməyi təmin etmək üçün əlaqədar müsəlman dövlətlərinin nümayəndələrindən bir məclis qurulacaqdır. Bu məclisin başçısı Birləşmiş Müsəlman Dövlətlərini təmsil edəcəkdir deyə qərar alınarsa, o zaman istənərsə həmin Birləşmiş Müsəlman Dövlətinə xilafət adı verilər. Yoxsa, hər hansı bir müsəlman dövlətinin bir nəfərə bütün islam dünyasını idarə etmək səlahiyyətinin verilməsi ağıl və məntiqin heç bir zaman qəbul etməyəcəyi bir şeydir.”

Hüseyn Nihal Atsızın vəsiyyəti

Əgər məni türkçülük ideyalarıma görə məhv etsələr bu mənim gələcək nəsillərə verəcəyim ən böyük töhfə olacaqdır “ bildirən Hüseyn Nihal Atsız artıq təqiblərdən yorulub. Məsləyindən dönməyərək bir çox təqiblərə məruz qalan Atsız bu kiçik vəsiyyətində türkün gələcək böyük problemlərini uzaqgörənliklə əks etdirib:

Oğlum, Yağmur.

Artıq sən bir yaş yarımdasan... Vəsiyyətnaməni bitirdim, qapadıram. Bir şəklimi də sənin üçün yadigar saxlayıram. Sözlərimə əməl et. Nümunəvi bir türk ol.

Bunu bil ki, kommunizm bizə düşmən olan bir məsləkdir, yəhudilər isə bütün millətlərin gizli düşmənidir. Rus, Çin, Əcəm, yunanlar isə tarixi düşmənlərimizdir.

Bolqarlar, almanlar, italyanlar, ingilislər, fransızlar, ərəblər, serblər, xorvatlar, ispanlar, portuqallar və rumınlar isə yeni düşmənlərimizdir.

Yapon, əfqan və amerikalılar isə türkün sabahkı düşmənləridir.

Ermənilər, kürdlər, çərkəzlər, abxazlar, ləzgilər, lazlar, gürcülər, çeçenlər isə daxili düşmənlərimizdir.

Bu qədər çox düşmənlə mübarizəyə hazır olmalısan.

Tanrı yardımçın olsun!

Hazırladı: Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!