Modern.az

“Qarabağ”ın oyunlarında VAR tətbiq olunacaq

“Qarabağ”ın oyunlarında VAR tətbiq olunacaq

İdman

12 Yanvar 2023, 16:08

“Qarabağ” komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq.

 

Modern.az xəbər verir ki, turnirin bu mərhələsindən etibarən hakimlər VAR-dan yararlanacaqlar.

 

Pley-off mərhələsinin matçları fevralın 16-da və 23-də baş tutacaq. “Qarabağ” ilk oyuna Bakıda, cavab görüşünə isə səfərdə çıxacaq.

 

Qeyd edək ki, UEFA Konfrans Liqasında 2021/2022 mövsümündə yalnız yarımfinal və final görüşlərində VAR sistemindən istifadə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?