Modern.az

Əslində Vardanyan biz deyəni təkrarlayır

Əslində Vardanyan biz deyəni təkrarlayır

Analitika

12 Yanvar 2023, 21:38

Əslində Ruben Vardanyan (separatçıların "dövlət naziri"-red) biz deyəni təkrarlayır, Qarabağ erməniləri üçün 3 yoldan ikisini səsləndirir və bu, Azərbaycanın mövqeyini əks etdirir: “Qarabağ erməniləri ya Azərbaycan qanunlarına tabe olmalıdırlar, ya da tabe olmaq istəmirlərsə, Qarabağı tərk etməlidirlər”.

 

Modern.az xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Vardanyanın Qarabağla bağlı çıxışına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın əsas vəzifələrindən biri qanunlarımıza tabe olmayan Ruben Vardanyanın Qarabağı tərk etməsini sürətləndirməkdir.

 

"Ruben Vardanyanın gəldiyi yerə qayıtması saman çöpündən də yapışmağa cəhd edən erməni separatizminə və separatizmə dəstək verən digər ermənilərə ağır zərbə olacaq. “Əgər Rusiya ilə sıx bağlılığı olan Ruben Vardanyan kimi birisi də Qarabağı tərk etmək məcburiyyətində qalıbsa, biz Azərbaycan qanunlarına tabe olmadan burada necə yaşayacağıq” – bu Qarabağ ermənilərinin özlərinə verməli olan suala çevriləcək. Ruben Vardanyan bölgəni bu il tərk etməsə belə bunu 3 il sonra Rusiya hərbi kontingenti ilə birgə reallaşdırmaq məcburiyyətində qalacaq. Ancaq biz elə etməliyik ki, Ruben Vardanyan daha tez qərar versin ki, məsələlərimizin həllini sürətləndirək", - politoloq vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir