Ağsu sakini dəm qazından boğularaq ölüb.
Modern.az xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində baş verib.
Məlumata görə, rayon sakini 1953-cü il təvəllüdlü Nağıyeva Xanım Məhəmmədəli qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Onun həyatını xilas etmək olmayıb. Meyit tibbi ekspertiza olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.