Modern.az

Məşhur idmançının milyonları yoxa çıxdı

Məşhur idmançının milyonları yoxa çıxdı

13 Yanvar 2023, 08:25

Atletika üzrə səkkizqat olimpiya çempionu Useyn Boltun Yamaykanın “Stocks and Securities Limited” investisiya şirkətindəki hesabından bir neçə milyon dollar itib.

 

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə idmançının meneceri Nugent Uoker bildirib.

 

Uoker idmançının hesabları arasındakı uyğunsuzluğu çərşənbə günü öyrəndiyini söyləyib.

 

“Vəziyyəti düzəltmək üçün bütün lazımi addımlar atılıb”, - deyən menecer Olimpiya çempionuna dəyən zərərin dəqiq məbləğini açıqlaya bilməyəcəyini vurğulayıb.

 

Onun sözlərinə görə, bu işdə şübhəli bilinən investisiya şirkətinin keçmiş əməkdaşı ola bilər.

 

Qeyd edək ki, Bolt səkkizqat Olimpiya çempionu və 11 qat dünya çempionudur. Həmçinin dünya çempionatlarında iki gümüş və bir bürünc medala sahibdir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək