Ötən il Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 29,3 faiz artaraq 190,27 milyard dollara çatıb. Bu da iki ölkə üçün bütün zamanların rekordu hesab edilir.
Modern.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Bildirilib ki, son bir ildə Çindən Rusiyaya ixrac 12,8 faiz artaraq 76,12 milyard dollar olub. Rusiyadan Çinə isə ixrac 43,4 faiz artaraq 114,15 milyard dollara çatıb.
Məlumata görə, 2022-ci ildə Rusiyanın müsbət saldosu 38 milyard dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə üç dəfədən çoxdur.
Qeyd edək ki, Rusiyadan Çinə tədarükün ümumi həcminin 70 faizdən çoxunu enerji resursları təşkil edir. Çin isə Rusiyaya əsasən istehlak elektronikası, ekskavatorlar, avtomobillər, mikroprosessorlar, geyim, ayaqqabı və istehlak malları ixrac edir.