Modern.az

Doktorant, magistr və tələbələrin təqaüdləri artırıldı - SİYAHI

Doktorant, magistr və tələbələrin təqaüdləri artırıldı - SİYAHI

Təhsil

13 Yanvar 2023, 10:57

Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən artırılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncamla həmin məbləğlər aşağıdakı kimi müəyyən edilib:

 

Doktorantura pilləsi üzrə:

 

elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;

 

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.

 

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

 

magistratura səviyyəsi üzrə:

 

akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;

 

akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

 

akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

 

bakalavriat səviyyəsi üzrə:

 

akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;

 

akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;

 

akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.

 

Orta ixtisas təhsili müəssisələrində:

 

akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;

 

akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;

 

akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.

 

Peşə təhsili müəssisələrində:

 

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;

 

akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;

 

akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir