Modern.az

Təqaüd artımları 150 min doktorant və tələbəni əhatə edəcək

Təqaüd artımları 150 min doktorant və tələbəni əhatə edəcək

Təhsil

13 Yanvar 2023, 11:25

Yeni sosial islahat mərhələsi çərçivəsində Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və sərəncamla tələbə və doktorantların təqaüdləri də artırıldı.


Modern.az xəbər verir ki, yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb.


Həmçinin dövlət başçısının yeni sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın  1-dən:
 

Doktorantura pilləsi üzrə:
 

elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün – 400  manata,

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün – 240 manata çatdırılır.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
 

magistratura səviyyəsi üzrə akademik göstəriciləri
 

-       91–100 bal olan tələbələr üçün – 195 manata,
-       71–100 bal olan tələbələr üçün – 160 manata,
-       51–100 bal olan tələbələr üçün – 110 manata çatdırılır;
 

bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri
 

-         91–100 bal olan tələbələr üçün – 175 manata,
-         71–100 bal olan tələbələr üçün – 145 manata,
-         51–100 bal olan tələbələr üçün – 100 manata çatdırılır;
 

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:
 

-           91–100 bal olan tələbələr üçün – 100 manata,
-           71–100 bal olan tələbələr üçün – 80  manata,
-           51–100 bal olan tələbələr üçün – 66 manata çatdırılır;
 

Peşə təhsili müəssisələrində akademik göstəriciləri:
 

“5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələr üçün – 100 manata,

“4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələr üçün – 80 manata,

“3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələr üçün – 66 manata çatdırılır.
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a bildirilib ki, bu artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir