Modern.az

Ermənistanda bu deputat mandatından məhrum edilir

Ermənistanda bu deputat mandatından məhrum edilir

Aktual

13 Yanvar 2023, 15:24

Ermənistan Milli Məclisinin Şurası sabaha iclas çağırıb.

 

Modern.az-ın xəbərinə görə, “Joğovurd” qəzeti yazıb ki, məqsəd parlamentin iclaslarına gəlməyən deputatları cəzalandırmaqdır.
 

“Joğovurd”un məlumatına görə, əsas hədəf müxalif “Daşnaksütyun” partiyasından olan deputat İşxan Saqatelyandır.

Ümumiyyətlə, parlamentin iclasına gəlməyən deputatların sayının 22 nəfər olduğu və onların hamısının “Hayastan” fraksiyasının üzvü olduqları bildirilir.

“Hakimiyyət Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir. Məhkəmədə yalnız İşxan Saqatelyanın mandatdan məhrum edilməsi barədə vəsatət qaldırılacaq”, - deyə qəzet yazıb.

Məsələyə münasibət bildirən parlamentin mətbuat katibi Tsovinar Xaçatryan deyib ki, “bununla bağlı sabah şuranın iclasında qərar veriləcək”.

Qəzetin xəbərinə görə, “Hayastan” fraksiyasından olan deputatlar İşxan Saqatelyan və Seyran Ohanyan uzun müddətdir ki, hakimiyyətin diqqət mərkəzindədir və hər vasitə ilə iki müxalifət deputatını meydandan uzaqlaşdırmağa çalışırlar.

Qeyd edək ki, müxalifətçilər parlament şurasının sabahkı iclasında iştirak etməyəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI