Azedu Təhsil Portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”in siyahısını tərtib edib.
“Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilib. Təsdiqlənən siyahı sonda redaksiyaya göndərilib.
Şərtlərə əsasən, hər universitet tərəfindən təklif olunan 10 tələbə professor-müəllim heyətinin, tələbə kəsiminin xüsusi simpatiyasını qazanmalı və meyarlara cavab verməlidir.
Azərbaycanın 22 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçiriblər.
MEYARLAR
Yuxarıdakı şərtlərin ən azı 70 faizinə cavab verməyən tələbə “Brend Tələbə” olaraq təklif edilməyib.
Qeyd edək ki, ilkin mərhələdə universitetlər tərəfindən təqdim edilən tələbələrin informasiya bazaları portalda yaradılacaq xüsusi bölmədə yerləşdirilir. Onların uğur hekayələri, fərdi bacarıq göstəriciləri gənc nəslə örnək məqsədilə geniş şəkildə təbliğ ediləcək.
“Brend tələbə”lərin siyahısını universitetlər üzrə təqdim edirik. Linkə daxil olaraq tələblərin adları ilə tanış ola bilərsiniz:
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dillər Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası
Mingəçevir Dövlət Universiteti
Azərbaycan Kooperasiya Universiteti