Modern.az

Ukraynada atom missiyaları yerləşdirilir

Ukraynada atom missiyaları yerləşdirilir

13 Yanvar 2023, 23:30

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi gələn həftə Ukraynaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, o, ölkədəki bütün nüvə enerji obyektlərində nüvə təhlükəsizliyi üzrə ekspertlərin davamlı olmasını təmin edəcək. 

 

Qrossi hər bir obyektdə iki BAEA ekspertindən ibarət missiyaları yerləşdirmək üçün Cənubi Ukrayna və Rivne Atom Elektrik Stansiyalarına, həmçinin Çernobıla gedəcək. Artıq BAEA-nın Zaporojye AES-də dörd nəfərə qədər ekspertdən ibarət daimi nümayəndəsi var və yaxın gələcəkdə iki nəfərdən ibarət komanda Xmelnitski AES-də yerləşdiriləcək.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?