Modern.az

“Qızıl Xaç”ın maşınları Xankəndidən Laçına qayıtdı

“Qızıl Xaç”ın maşınları Xankəndidən Laçına qayıtdı

14 Yanvar 2023, 09:22

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 4 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

 

Bu, bir daha göstərir ki, yolda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 34 gündür davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU