Modern.az

Gəncədə evdə partlayış - Xəsarət alan var

Gəncədə evdə partlayış - Xəsarət alan var

Hadisə

14 Yanvar 2023, 09:48

Gəncədə evdə partlayış baş verib.

 

Modern.az-ın məlumatına görə, 1988-ci il təvəllüdlü T. Seyidova hamam otağının işığını yandıran zaman qaz sobasında sızma olduğu üçün ani alovlanmadan partlayış olub.

 

Partlayış nəticəsində T.Seyidova bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb. O xəsətəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı