Modern.az

FIFA Serbiya millisini cəzalandırdı

FIFA Serbiya millisini cəzalandırdı

14 Yanvar 2023, 13:00

FIFA Serbiya milli komandasını cəzalandırıb.

 

Modern.az xəbər verir ki, buna fanatların və yığma üzvlərinin Qətərdə keçirilən dünya çempionatında İsveçrəyə 2:3 hesabı ilə uduzduqları qrup mərhələsinin III tur oyunundakı nalayiq hərəkətləri səbəb olub.

 

Qərara əsasən, serblərin qarşıdakı ev matçında azarkeş məhdudiyyəti (25 faiz) tətbiq ediləcək. Həmçinin Serbiya Futbol İttifaqı 50 000 İsveçrə frankı məbləğində cərimələnib.

 

Qeyd edək ki, FIFA daha əvvəl mundialda Braziliya ilə oyundan (0:2) sonrakı siyasi qalmaqala görə Serbiya millisinə sanksiya tətbiq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək