Modern.az

Medianın dostu: Jurnalistlər Elşad Hacıyevin fəaliyyətini belə dəyərləndirdi

Medianın dostu: Jurnalistlər Elşad Hacıyevin fəaliyyətini belə dəyərləndirdi

14 Yanvar 2023, 14:52

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə polkovnik-leytenant xüsusi rütbəsi verilib. Günün istənilən saatında jurnalistlər üçün əlçatan olan Hacıyevin rütbəsinin artırılması ilə bağlı sosial şəbəkələrdə çoxsaylı təbriklərə, xoş sözlərə rast gəlmək olar. Media nümayəndələrinin onunla bağlı fikirləri isə xüsusilə diqqət çəkir.

 

Elşad Hacıyevin fəaliyyətini yüksək qiymətləndirən həmkarlarımız DİN sözçüsünün jurnalistlərə dost münasibətinin digər mətbuat katiblərinə örnək olduğunu vurğulayıblar. 

 

Trend İnformasiya Agentliyinin əməkdaşı Samir Əli Modern.az-a bildirib ki, Elşad Hacıyev Daxili İşlər Nazirliyindən əvvəl Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışanda da idarənin media ilə əməkdaşlığını yüksək səviyyədə inkişaf etdirib:


“O, ilk olaraq polislə cəmiyyət arasında münasibətin inkişafı üçün fəaliyyət göstərdi. Elşad Hacıyevin işgüzarlığı, çalışqanlığı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və o, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olundu. Bu qurumda Elşad Hacıyev polisin nüfuzunun artırılması üçün əlindən gələni etdi və edir”.

 


Beləliklə, Elşad Hacıyev qısa müddət ərzində medianın dostu olmağı bacarıb:


“Operativ reaksiya, sorğuların dərhal cavablandırılması, peşəkar yanaşma Elşad Hacıyevi qısa müddətdə mediaya daha da yaxınlaşdırdı. Bu gün Elşad Hacıyev ona yaradılan şəraitdən düzgün istifadə etməklə polislə cəmiyyət arasında körpünün yaranması, polisin nüfuzunun yüksəlməsi üçün əlindən gələni edir və bunun nəticəsi göz qabağındadır. Elşad Hacıyev sənətini, peşəsini sözün həqiqi mənasında sevən, xalqına, millətinə xidmət edən, media ilə polis arasında əməkdaşlığın yüksəlməsinə çalışan dəyərli dostumuzdur”. 

 

Samir Əli vurğulayıb ki, digər güc strukturlarında da E.Hacıyev kimi peşəkar kadrların sayı artırılmalıdır:


“Çox istərdim ki, daxili işlər orqanlarında Elşad Hacıyev kimi peşəkar kadrların sayı artırılsın, polisin nüfuzu yüksəlsin. Bu gün daxili işlər orqanları ilə yanaşı, digər güc strukturlarında Elşad Hacıyev kimi peşəkarlara böyük ehtiyac var. Dövlət qurumları ilə medianın münasibətinin yaxşılaşdırılması üçün belə təcrübəli kadrların olması vacibdir”.

APA İnformasiya Agentliyinin əməkdaşı Səlcuq Elçin Elşad Hacıyevin polkovnik-leytenant rübtəsinə layiq olduğunu deyib:


“Düşünürəm ki, o, buna çoxdan layiq idi. Onun istər Bakı Şəhər Baş Polis İdarəsindəki faəliyyəti, istərsə də Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi kimi faəliyyəti müsbət qiymətləndirilmədilir”. 


Junalistin fikrincə, E.Hacıyev DİN və mətbuat arasında komnunikasiyanı düzgün qurur:


“Elşad müəllim məlumatları operativ olaraq yayır. İstənilən sorğuya vaxtında cavab verir. Eyni zamanda Elşad Hacıyev cəmiyyət-polis münasibətlərini pozitiv formaya keçirməyi bacarıb. Ona lazımı imkan və şərait yaradıldı. Beləliklə, polislə xalq arasında körpü yarandı. Elşad müəllimi bir daha təbrik edir, bundan sonrakı fəaliyyətində daha böyük uğurlar arzu edirəm”.

Qafqazinfo.az saytının əmkdaşı Amin Nəzərov Elşad Hacıyevi jurnalistlərin dostuna çevirən amillərdən söz açıb:


“Elşad Hacıyevi jurnalistlərin dostuna çevirən ən birinci amil onun 24 saat onlayn olmasıdır. Gecə saatlarında vacib hadisə baş versə və DİN-dən cavab lazım olsa, mümkün deyil ki, Elşad Hacıyev hansısa jurnalistin zənginə cavab verməsin. İkinci amil isə onun böhran vəziyyətini çox yaxşı idarə etməsidir. Elşad Hacıyevin ictimai miqyası geniş olan hadisə baş verəndə jurnalistlərin qarşısına çıxıb "araşdırma aparılır" deməsi belə vəziyyəti xilas edə bilir. Mən düşünürəm ki, Elşad Hacıyev işində peşəkardır. İstərdim ki, uzun illər onunla əməkdaşlığımız davam etsin. Ona uğurlar arzu edir, yeni rütbəsi ilə əlaqədar təbrik edirəm!”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi