Modern.az

Polis zabiti qəza törətdi: özü və daha 2 nəfər öldü

Polis zabiti qəza törətdi: özü və daha 2 nəfər öldü

Təhsil

20 May 2013, 00:35

Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə ötən axşam saat 21:00 radələrində Bakı-Şamaxı yolunun 121-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, Səbail rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı, 1983-cü il təvəllüdlü Səbuhi Əsgərovun idarə etdiyi EM622 tranzit nömrə nişanlı “Range Rover” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Hadisə nəticəsində sürücünün özü ilə yanaşı, Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Rafael Rzayev və 1991-ci il təvəllüdlü Fərhad İbrahimov dünyasını dəyişib, 1981-ci il təvəllüdlü Kamal Qurbanov, 1983-cü il təvəllüdlü Orxan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama