Modern.az

AŞ PA tarixində ilk dəfə türkiyəli xanım Prezident seçilib

AŞ PA tarixində ilk dəfə türkiyəli xanım Prezident seçilib

Təhsil

20 May 2013, 09:59

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Qarabağ bölgəsində məskunlaşdırılan ermənilər özlərinə qondarma bələdiyyələr də yaradıblar. Hətta bu bələdiyyələrə üzv olmaq üçün bir neçə beynəlxalq quruma müraciət də göndəriblər.
Qondarma “Dağlıq Qarabağ respublikası”nın bələdiyyələrinin müraciət etdiyi qurumlardan biri də -Assembly of European Regions -Avropa Bələdiyyələr Assambleyası olub.
Qurumun Prezidenti Hande Bozatlının (3 gün öncə Hande Bozatlı qurumun prezidenti seçilib) Modern.az saytına bildirdiyinə görə, separatçı rejimin yaratdığı qondarma erməni bələdiyyələri bu təşkilatın bütün tədbirlərinə qatılır, hər vəhclə AER-in üzvü olmağa çalışırlar.
Onu da bildirək ki, AER nüfuzlu təşkilatdır və Ermənistan, Gürcüstan, Rusiya da daxil olmaqla Avropa Şurası Parlament Assambleyasına daxil olan ölkələrin bələdiyyələri bu qurumun üzvüdür.

Hande xanımın dediyinə görə, vitse-prezident olduğu dövrdə Qarabağda məskunlaşdırılan ermənilərin yaratdıqları bələdiyyələrin AER-ə üzv olmaq ideyası iflasa uğrayıb. Hande Bozatlı saytımıza bildirib ki, hətta qurumun üzvlərindən bir çoxu buna dəstək verib: “Ancaq mən qəti olaraq bunun əleyhinə çıxdım. Əsas isə onu gətirdim ki, Qarabağ adında dövlət yoxdur. Azərbaycanın işğal edilmiş ərazisində yaradılan qondarma bir qurumu təşkilata üzv etməklə nüfuzumuza böyük zərbə vurmuş olacağıq. Bundan sonar fikrim dəstəkləndi”.

Xanım Hande indinin özündə də Qarabağda məskunlaşdırılan ermənilərin bələdiyyələrinin bu quruma üzv olması üçün ciddi cəhdlər göstərdiklərini bildirib.
“Ancaq nə qədər ki, mən oradayam, bu, mümkün olmayacaq”-deyə o fikrini tamamlayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama