Modern.az

Ronaldo Messiyə qarşı - Biletlər bir neçə dəqiqəyə satıldı

Ronaldo Messiyə qarşı - Biletlər bir neçə dəqiqəyə satıldı

İdman

14 Yanvar 2023, 23:15

Fransanın PSJ klubu ilə Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandası arasında keçiriləcək yoldaşlıq oyununun biletləri bir neçə dəqiqəyə satılıb.

 

Modern.az xəbər verir ki, Lionel Messi və Kriştiano Ronaldo bu görüşdə üz-üzə gələcəklər.

 

Yanvarın 19-da Ər-Riyadda keçiriləcək matçın biletləri satışa çıxarıldıqdan sonra 2 milyondan çox insan onlayn növbəyə durub.

 

Qeyd edək ki, Messi PSJ-nin, Ronaldo “Əl Nəsr”in formasını geyinir.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək