Modern.az

Həndbolçularımız Avropa çempionatında son oyuna çıxacaqlar - FOTO

Həndbolçularımız Avropa çempionatında son oyuna çıxacaqlar - FOTO

İdman

15 Yanvar 2023, 11:12

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün sonuncu oyununa çıxacaq.

 

Modern.az xəbər verir ki, baş məşqçi Nasser Salimin komandası üçüncü görüşündə Kipr millisi ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək matç saat 15:00-da başlayacaq.

 

Digər oyunda isə Malta Böyük Britaniya ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlsə də, növbəti oyunda Böyük Britaniya seçməsinə 22:39 hesabı ilə uduzub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək