Modern.az

Dini Komitədə dini ədəbiyyatların markalanması üçün hazırlıq işləri tamamlanmayıb

Dini Komitədə dini ədəbiyyatların markalanması üçün hazırlıq işləri tamamlanmayıb

Təhsil

20 May 2013, 11:01

“Dini ədəbiyyatların nəzarət markaları ilə markalanması üçün hazırlıq işləri davam edir”. Bu barədə Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli məlumat verib. O bildirib ki, proses üzərində qanunvericilik və digər hazırlıq işləri davam edir. Proses başa çatdıqdan sonra ictimaiyyət, o cümlədən mətbuat məlumatlandırılacaq.

Qeyd edək ki, Prezidentin “Dini etiqad azadlığı haqqında” sərəncamına uyğun olaraq, bundan sonra dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və videomaterialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya biləcəklər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.  

Aytən Əliyeva
 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama