Modern.az

Bakıdakı oyunda Britaniya rəqibini məğlub etdi

Bakıdakı oyunda Britaniya rəqibini məğlub etdi

İdman

15 Yanvar 2023, 15:07

Kişi həndbolçulardan ibarət Böyük Britaniya millisi Bakıda növbəti qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, komanda 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirində Malta millisi ilə qarşılaşıb.

 

Bakı İdman Sarayında təşkil olunan matçda Böyük Britaniya millisi rəqibini 44:14 hesabı ilə məğlub edib.

 

Britaniyalılar ilk oyunda Kipr seçməsi ilə heç-heçə ediblər - 25:25. İkinci turda komanda Azərbaycan millisini 39:22 hesabı ilə məğlub edib. Təsnifat turnirinə saat 15:00-da start götürəcək Azərbaycan–Kipr oyunu ilə yekun vurulacaq.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək