Modern.az

Təhsil Nazirliyi qəbul aparacağı xarici ali məktəbləri açıqladı - SİYAHI

Təhsil Nazirliyi qəbul aparacağı xarici ali məktəbləri açıqladı - SİYAHI

Təhsil

20 May 2013, 10:19

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin göndərilməsi nəzərdə tutulan xarici ali məktəblərin ölkələr üzrə yeni siyahısını təsdiqləyib.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, siyahıda 30-dan cox ölkənin adı qeyd edilib. Həmin ölkələr Türkiyə, Çin, İtaliya, Almaniya, Ukrayna, Rusiya, Polşa, Norveç, Macarıstan, Malayziya və digərləridir.

Universitetlərin ölkələr üzrə siyahısı //xaricdetehsil.edu.gov.az/c-universitetler/  yerləşdirilib.

Belarus, Estoniya, Latviya və Litva respublikalarında fəaliyyət göstərən ali təhsil müəssisələrinə yalnız 2013/2014-cü tədris ilindən etibarən müvafiq qaydada daxil olmuş tələbələrin təhsilinin maliyyələşdirilməsi təmin edilə bilər.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama