Macarıstanın paytaxtı Budapeştdə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının növbəti iclası keçirilib. Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, 28 ölkədən gəlmiş nümayəndənin iştirak etdiyi iclasda “Böyük İpək Yolu” BGT-nin sədri, millət vəkili Fuad Muradov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycanın Macarıstanda fövqaladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Macarıstanın İnsan Resursları Nazirliyi gənclərlə iş üzrə dövlət katibinin müavini Norbert Kiss və bu ölkənin gənclər təşkilatının liderləri iştirak edirb.
Təşkilatın sədri Fuad Muradov növbəti iclasın Budapeştdə keçirilməsindən məmnun olduqlarını bildirib və tarixi “ipək yolu” üzərində yerləşən ölkələrdə yaşyan gənclərin əməkdaşlığının perspektivlərinə toxunub. “Təşkilatda bir araya gəlmiş gənclər coğrafi baxımdan tamam fərqli yerlərdə yaşasalar da arzuları və baxışları eynidir. Bu dostluq, əməkdaşlıq və dinc dünya arzularıdır. Dini, dili fərqli olan gənclərin bir yerdə olmaları və əməkdaşlığı təmsil etdikləri dövlətlərin də bir-biri ilə dostluğu üçün mühüm stimul verir. Vaxtilə mühüm ticarət və mədəni münasibətlər qovşağı olan bu tarixi marşrut bu gün də özünün əhəmiyyətini saxlayır və ölkələr arasında dostluq və qardaşlıq mesajlarını çatdırmaqda vacib işi yerinə yetirir”.-deyə F. Muradov qeyd edib.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev təşkilatın fəaliyyətini dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, qurum gənclər arasında dialoqun qurulması baxımından əhəmiyətli iş görür. İ. Babayev əməkdaşlıq imkanlarının yaxınlaşdırmaq üçün mütəmadi iclasların keçirilməsini vacib olduğunu deyib.
“Bu il 1 yaşını qeyd edəcək təşkilat müxtəlif mədəniyyətləri, ənənələri birşləşdirir.
Qurum bu qısa vaxt ərzində keçirdiyi müxtəlif tədbirlərlə cəmiyyətin bütün sferalarında olan gənclərin birliyini ortaya qoyub. İyun ayında “İpək Yolu” Gənclər Festivalı keçirməyi planlaşdırır. Gəncələr arasında mədəniyyətlər arası dialoqun həyata keçirilməsi üçün yaxşı imkandır”-deyə İ.Babayev vurğulayıb.
Macarıstanın İnsan Resursları Nazirliyinin gənclərlə iş üzrə dövlət katibinin müavini Norbert Kiss çıxışında növbəti iclasın Budapeştdə keçiriliməsindən məmnun olduqlarını bildirib. Kiss qeyd edib ki, Macarıstan tarixi ipək yolu qovşağında olan ölkələrlə münasibətlərin dərinləşdirilməsində maraqlıdır. O vurğulayıb ki, ölkəsi bununla bağlı gənclər təşkilatına ən yüksək səviyyədə dəstək verməkdə hazırdır.
Üzvlər Şurasının iclasında 2013-cü il üçün fəaliyyət planı müzakirə olunub və görülən işlər barədə hesabat verilib. İclasda gündəlik təsdiq olunduqdan sonra ötən iclasdan bu yana görülən işlərlə bağlı hesabat verilib. Qurumun 2012-2013-cü il fəaliyyəti ilə bağlı məruzə təqdim olunub. Təşkilatın Astanada keçirilən iclası zamanı yaratdığı işçi qruplarının –gənclər siyasəti və multkulturualizm üzrə beynəlxalq işçi qruplarının hazırladığı sənədlər üzərində müzakirələr aparılıb.
Daha sonra təşkilat üzvləri 2014-cü il üçün fəaliyyət planını müzakirəyə çıxarılıb və qəbul edilib.
Modern.az