Modern.az

Bakıda qatar maşınla toqquşdu - Xəsarət alan var

Bakıda qatar maşınla toqquşdu - Xəsarət alan var

16 Yanvar 2023, 08:20

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində qeydə alınıb.

 

Məlumata görə, 1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlunun idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi keçiddən keçərkən yük qatarına çırpılıb. Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.

 

Qəza nəticəsində A.Kərimov ağır sınıq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu