Modern.az

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatdı

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatdı

Təhsil

20 May 2013, 11:40

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı başa çatır. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün Azərbaycanda 2013-2014-cü tədris ili üçün ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı başa çatır.

Qeyd olunub ki, ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı iyulun 18-24-də, Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 25 iyul - 1 avqustda, İdman istiqaməti üzrə qabiliyyət imtahanı 31 iyul - 12 avqustda keçiriləcək.

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama