Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld "Eurovision" haqqında maraqlı fikirlər bildirib.
Modern.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində paylaşım edib.
"May ayında Britaniya Ukraynanın adından "Eurovision"a ev sahibliyi edəcək. Sizcə ölkəmizi "Eurovision"da təmsil edə bilərdim? Kraliça pərəstişkarlarından üzr istəyirəm, amma məni dayandırmayın", - deyə Auld yazıb.
Diplomat xizək sürdüyünü əks etdirən görüntüləri də paylaşıma əlavə edib.
??is going to host the Eurovision Song Contest in May on behalf of ??. Do you think I could represent ??this year? Apologies to the Queen fans out there - Don’t stop me now! pic.twitter.com/XHDdTsnpsz
— FergusAuldFCDO (@FergusAuldFCDO) January 16, 2023