Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüş keçirib. Modern.az İran KİV-nə istinadən xəbər verir ki, görüşdə İranla Azərbaycan arasındakı əlaqələrə toxunan Səid Cəlili ki, dövləti Azərbaycanın müstəqilliyini, sabitliyini və inkişafını öz sabitliyi və inkişafı hesab edir. Eyni zamanda İranın Azərbaycana hər cür köməklik edəcəyini vurğulayan İran rəsmisi dini və islami amillərin potensialından da söz açaraq bu faktorları təhlükəsizlik üçün əsas şərt olduğunu vurğulayıb. “Bu potensiallardan faydalanmaqla problemləri həll etmək lazımdır”.