Modern.az

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat aldı

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat aldı

16 Yanvar 2023, 13:13

Azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb.

 

Modern.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası beynəlxalq dərəcəli referiyə Türkiyənin İstanbul şəhərində keçiriləcək D qrupu matçını həvalə edib.

 

Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) - “Allianz MTV Ştutqart” (Almaniya) qarşılaşmasını idarə edəcək.

 

Yanvarın 18-dəki görüşün ikinci hakimi funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək