Modern.az

TQDK 10 şagirdin imtahan nəticəsini ləğv etdi

TQDK 10 şagirdin imtahan nəticəsini ləğv etdi

Təhsil

20 May 2013, 13:19

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-ci il mayın 19-da rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, imtahan bütün binalarda 13:00-da başlanmış və 45 dəqiqə ərzində aparılıb.
İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən müxtəlif binalarda 10 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və sual kitapçalarını dəyişdikləri üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.
Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama