Ötən gün Xaçmaz-Xudat şossesində DYP əməkdaşının törətdiyi qəzanın görüntüləri yayılıb.
Modern.az xəbər verir ki, videoda Xaçmaz Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşının 99 YP 191 dövlət qeydiyyat nişanlı xidməti “KİA" markalı avtomobillə qəflətən yola çıxan piyadanı vurması əks olunub.
Ağır xəsarət alan piyada Ə.Müslümov əvvəlcə rayonda, daha sonra Bakıdakı xəstəxanaların birinə yerləşdirilib.