Modern.az

Təhsil Nazirliyi builki məzunların sayını açıqladı

Təhsil Nazirliyi builki məzunların sayını açıqladı

20 May 2013, 15:06

Dərs ili başa çatmaq üzrədir. Orta məktəblərdə “Son zəng “ tədbirlərinin keçirilib-keçirilməyəcəyi haqda qərar tezliklə, Təhsil Naziliyindəki məsləhətləşmədən sonra açıqlanacaq. Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin builki məzunları haqda rəqəmləri də açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, 2012-2013-cü tədris ilində ümumtəhsil məktəbləri üzrə gözlənilən şagird buraxılışı 216.734 nəfərdir.

Bu göstəricidə IX sinif şagirdlərinin sayı 125.250 nəfər, XI sinif şagirdlərinin sayı isə 91.484 nəfər təşkil edir.

Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012/2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı 26.137 nəfərdir.

Məlumatda bildirilir ki, nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələri üzrə  gözlənilən tələbə buraxılışı isə 10.399 nəfər təşkil edir.

Aytən ƏLİYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!