Modern.az

Dini Komitənin sədri Gəncədə vətəndaşları qəbul edəcək

Dini Komitənin sədri Gəncədə vətəndaşları qəbul edəcək

Təhsil

20 May 2013, 15:11

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 24 may 2013-cü il tarixində, saat 12:00-da Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında vətəndaşlar üçün açıq qəbul keçirəcək. Komitədən Modern.az-a verilən məlumata görə, qəbulda Gəncə ilə yanaşı, Ağstafa, Qazax, Şəmkir, Gədəbəy, Goranboy, Göygöl, Daşkəsən, Tovuz, Kəlbəcər rayonları və Naftalan şəhərinin sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri  xahiş olunur.

(Əlaqə üçün - DQİDK-nın bölgə şöbə müdiri: Firdovsi Kərimov Tel: (022) 256-91-14)

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama