Modern.az

Olimpiya Oyunlarının yayımçısı müəyyənləşdi

Olimpiya Oyunlarının yayımçısı müəyyənləşdi

İdman

17 Yanvar 2023, 10:49

Olimpiya Oyunlarının Avropadakı yayım hüququnun sahibi müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi açıqlama yayıb.

 

2026-32-ci illərdə keçiriləcək multiidman yarışının Avropadakı yayım hüququ Avropa Yayım İttifaqı (EBU) və “Warner Bros. Discovery”yə (WBD) verilib. EBU və WBD 2026-cı və 2030-cu illərdə Qış, 2028-ci və 2032-ci illərdə Yay Olimpiya Oyunlarını, həmçinin yeniyetmələrin Olimpiadalarını nümayiş etdirəcək. Yarışlar Avropanın 49 ölkəsində yayımlanacaq. Rusiya və Belarus bu siyahıdan kənar qalıb.

 

Qeyd edək ki, Olimpiya Oyunları 2026-cı ildə Milan və Kortina dampetsoda, 2028-ci ildə Los-Ancelesdə, 2032-ci ildə Brisbendə təşkil olunacaq. 2030-cu ildəki yarışın ev sahibi dəqiqləşməyib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək