Milli Məclisin daxili nizamnaməsinə əsasən, hər ilin icra büdcəsinə dair sənəd mayın 15-ə qədər parlamentə daxil olmalıdır. Bununla yanaşı, həmin ilin icra büdcəsinə Hesablama Palatasının rəyi də qanunverici orqana təqdim olunmalıdır.
Artıq Mallliyə Nazirliyi 2012-ci ilin icra büdcəsini Milli Məclisə təqdim edib. Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. O, qeyd edib ki, 2012-ci ilin icra büdcəsinə Milli Məclisin İqtisadi siyasət komitəsində baxıldıqdan sonra plenar iclasa təqdim olunacaq.
“2012-ci ilin icra büdcəsi artıq Milli Məclisə daxil olub, İqtisadi siyasət komitəsində baxıldıqdan sonra plenar iclasa veriləcək. Amma icra büdcəsinə Hesablamar Palatasının rəyi hələ daxil olmayıb”.
Aytən ƏLİYEVA